AZ

Səbaildə quldurluq edən şəxs saxlanılıb


Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 03 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəlüldlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
18
operativmedia.az

10Mənbələr